Ermeni Meselesi (Armenian Genocide)
 
  Ana Sayfa
  Ermeni soykırımı iddialarını Atatürk nasıl yanıtlamıştı?
  Uğur Mumcu'dan Gizli Belgelerle Ermeni Olayı
  Nutuk'ta Ermeni Konusu
  Ermeni soykırımı iddiaları
  Ermeni Soykırımı Dedikleri
  Yer Değiştirme (Tehcir)
  Xocalı Soyqırımı
  Ermeni Yasa Tasarısı'nın İçeriği ve İddialara Verilen Cevaplar
  Neden Soykırım Değil
  Cezayir'deki Fransız Vahşeti
  Ingilizlerin Aborjin Soykırımı
  AB'nin Katliam ve Soykırım Sicili Raporu
  Bizi Suclayanlara Bir Bakalım
  Forum
  Faydalı Site ve Programlar
  Faydalı Linkler
  Sinema İzleyin
  DJ lik Yap
  İlginc Bir Zeka Testi
  Kardes Siteler
  Siteni Ekle (Reklam)
  Ziyaretçi defteri
  İletişim
  Uğur MUMCU
  Anıtkabir Özel Defteri
  Hoşgeldiniz
Xocalı Soyqırımı


Azerbaycan xalıqının XX esrde üzleşdiyi dehşetli facielerden biri de Xocalı soyqrımıdır. Xocalı faciesi Xatın , Lidisa , Oradur soyqırımı kimi insanlıq tarixine düşmüş qanlı olaydır.

1992-ci il fevralın 25-den 26-a keçen gece Ermenistan silahlı qüvveleri, Azerbaycanın Dağlıq Qarabağ erazisindeki ermeni silahlı desteleri, keçmiş SSRİ-nin Xankendinde yerleşen 366-cı motoatıcı alayının şexsi heyetinin ve texnikasının bilavasite iştirakı ile Xankendi ile Esgeran arasında yerleşen Xocalı şeherini zebt ederek, Azerbaycan xalqına qarşı soyqırım siyasetini heyata keçirmişdir.

Xocalının işğalı zamanı bir gecede dinc ehaliden 613 nefer, o cümleden 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgencelerle öldürülmüş, insanların başları kesilmiş, gözleri çıxarılmış, hamile qadınların qarınları süngü ile deşik-deşik edilmişdir.

Hücumda hemçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermenilerin qeyri-qanuni rejiminin «müdafie naziri»dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qerargah reisi Çitçyan Valeriy İsayeviç ve alayda xidmet eden 50-den artıq ermeni zabit ve praporşik iştirak etmişdir. («Xocalının işğalına dair istintaq materiallarından»)

Şeher ehalisinin bir hissesi zorakılıqdan qaçıb qurtarmaq isteyerken evvelceden düzeldilmiş pusqularda qetle yetirilmişdir. Rusiyanın «Memorial» hüquq-müdafie merkezinin melumatına esasen, dörd gün erzinde Ağdama Xocalıda qetle yetirilmiş 200 azerbaycanlının meyidi getirilmiş, onlarla meyidin tehqire meruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi ve 51 qadın, o cümleden 13 uşaq) mehkeme-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müeyyen edilmişdir ki, 151 neferin ölümüne gülle yaraları, 20 neferin ölümüne qelpe yaraları sebeb olmuş, 10 nefer küt aletle vurularaq öldürülmüşdür. Hüquq-müdafie merkezi diri adamın baş derisinin soyulması faktını da qeyde almışdır.

Xocalı soyqırımı şahidlerinin ifadelerinden:

Ermeniler terefinden qetle yetirilmiş azerbaycanlı uşaqların sinesi yarılıb ürekleri parçalanmış, ekser meyidler ise tike-tike doğranmışdır.

Heyderov Camal Ebdülhüseyn oğlu - «Qaraqaya deyilen yerin yaxınlığındakı fermanın 2 kilometrliyinde eybecer hala salınmış xeyli azerbaycanlı meyidi var idi. Qetle yetirilmiş uşaqların sinesini yarıb üreklerini parçalamış, ekser meyidleri ise tike-tike doğramışdılar».

Heyderov Şahin Zülfuqar oğlu - Naxçıvanik kendi (Xocalı) yaxınlığında 80-e yaxın meyid görüb. Meyidler qorxulu veziyyete salınmış, başları kesilmişdir. Milis mayoru Elif Hacıyev, yaxın qohumları Selimov Fexreddin, Selimov Mikayıl da qetle yetirilenler arasında olmuşdur.

Hümbetov Celil Hümbeteli oğlu - Ermeniler onun gözü qarşısında heyat yoldaşı Füruze, oğlu Muğan, qızı Simuzer ve gelini Südabeni güllelemişler.

Paşayeva Kübra Adil qızı - Ketik meşesine girende ermenilerin mühasiresine düşmüşdür. Gizlendiyi kolluqdan heyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad

Şura oğlunun güllelenmesinin şahidi olmuşdur.

Emirova Xezengül Tevekkül qızı - Xocalı işğal olunan zaman ermeni silahlıları onun ailesini bütünlükle girov götürmüşdür. Ermeniler Xezengülün anası Rayanı, 7 yaşlı bacısı Yeganeni ve xalası Göyceni gülleleyib, atası Emirov Tevekkülü ise benzin tökerek yandırmışlar.

Eliyeva Zoya Eli qızı - 150 nefere qeder adamla 3 gün meşede qalıb. Meşede Zoyanın yanında Ehmedova Dünya ve onun bacısı Gülxar donaraq ölmüşdür.

Mustafayeva Kübra Eliş qızı - «Ermeniler bizi girov götüren kimi yanımdakı altı neferi yerindece güllelemişler».

Kerimova Seide Qurban qızı - «12 neferle birlikde girov götürüldük. Ermeniler qızım Nezaketi, Tapdığı, Seadeti, İradeni işgence ile öldürmüşler».

Necefov Eli Ağami oğlu - «Ermeniler qaçan adamları mühasireye alaraq 30-40 neferi yerindece güllelemişler».






Bu sayfa hakkındaki yorumlar:
Yorumu gönderen: Royal Abbaseliyev, 22.02.2011, 14:36 (UTC):
Azerbaycan oğulları ölmeye ve öldürmeye hazır olmalıdır.



Bu sayfa hakkında yorum ekle:
İsminiz:
Mesajın:
https://www.artiway.com.tr/?source=partner&def=tayfurcetin  
 
Kullanıcı adı:
Şifre:
 
Reklam  
   
Bugün 3 ziyaretçi (30 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=